• 8 °C
|

Tramp Qrenlandiya danışıqlarının başladığını elan edib

1 Fevral 2026
img

ABŞ prezidenti Donald Tramp Qrenlandiya danışıqlarının başladığını elan edərək bunun həm Vaşinqton, həm də Avropa üçün yaxşı bir razılaşma olacağına ümid etdiyini deyib.

APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Danışıqlara başladıq. Ümid edirəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq. Milli təhlükəsizlik baxımından bu, çox vacib bir razılaşmadır. Düşünürəm ki, razılaşma əldə edəcəyik", – Tramp deyib.

ABŞ prezidentinin sözlərinə görə, bir neçə məsələdə artıq razılaşma əldə edilib. O, hansı məsələdə razılıq əldə olunduğu haqda heç bir açıqlama verməyib.