• 9 °C
|

ABŞ Yaxın Şərqdə HHM imkanlarını gücləndirir

1 Fevral 2026
img

ABŞ İranın mümkün cavab zərbəsinin qarşısını almaq üçün Yaxın Şərqdə hava hücumundan müdafiə (HHM) imkanlarını gücləndirir.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı “qəti zərbə” əmri verərsə, bu, İranın “mütənasib cavabı”na səbəb ola bilər. Bu isə İsrailin, ABŞ-ın müttəfiqlərinin və regionda yerləşdirilən Amerika hərbçilərinin müdafiəsi üçün əlavə HHM imkanları tələb edir.

Məlumata görə, Pentaqon regionda "THAAD" (Terminal High Altitude Area Defense) raket əleyhinə müdafiə sisteminin, eləcə də ABŞ qoşunlarının yerləşdiyi bazalarda əlavə bir neçə"Patriot" HHM sisteminin yerləşdirilməsi üzərində işləyir.

Qəzet ABŞ administrasiyasındakı rəsmi şəxslərə istinadən bildirir ki, bu səbəbdən Vaşinqtonun İrana mümkün zərbələri yaxın vaxtlarda baş verməyə bilər.