• 5 °C
|

ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlayacaq

11 Fevral 2026
img

ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlamaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Narkotik qaçaqmalçılığı əhəmiyyətli dərəcədə azaldılıb. Gəmilərə zərbə endirməklə narkotik qaçaqmalçılığını azaltmışıq. İndi isə quruda əməliyyatlara başlayacağıq. Əvvəlcə gəmilərlə məşğul olmalı idik, çünki quruda zərbələr endirsəydik, onlar dərhal gəmilərə keçərdilər. İndi onlar getdiklərinə görə quruda zərbələrə başlayacağıq", – Tramp bildirib.