• 8 °C
|

Orban Zelenskiyə: Aİ-yə üzvlüyün şərtlərini namizəd ölkə müəyyən etmir, yanlış yoldasınız

12 Fevral 2026
img

Avropa İttifaqına üzvlüyün şərtlərini namizəd ölkə müəyyən etmir.

APA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin Aİ-yəüzvlüklə bağlı paylaşımına cavabında yazıb.

"Hörmətli cənab Prezident, siz yanlış yoldasınız. Avropa İttifaqına üzvlük uğurlara əsaslanan bir prosesdir. Şərtləri müəyyən edənlər üzv dövlətlərdir, namizəd ölkələr deyil", – Orban yazıb.