14 Fev 2026

ABŞ ordusu Karib dənizində narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib.
APA xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığının “X” hesabında məlumat verilib.
"Kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", – məlumatda deyilir.
Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub.