• 15 °C
|

ABŞ Dövlət katibi: Çinlə dialoq aparmamaq geosiyasi baxımdan səhvdir

14 Fevral 2026
img

Çinlə dialoq qurmamaq geosiyasi səhv olardı.

APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında deyib.

“Çinlə dialoqa girməmək geosiyasi yalnış olardı. Bizim milli maraqlarımız çox vaxt üst-üstə düşmür. ABŞ hər bir ölkənin öz maraqları çərçivəsində hərəkət etməsini gözləyir, o cümlədən Çinin də. Diplomatiyanın məqsədi milli maraqlarımızın toqquşduğu zamanlarda dialoqu dinc qaydada və düzgün davam etdirməkdir”,-Rubio bildirib.

Rusiya-Ukrayna müharibəsi barədə danışan ABŞ Dövlət Katibi, Rusiyanın müharibəni bitirməklə bağlı niyyətinin ciddi olub-olmadığını bilmədiyini deyib.

“Biz onların ciddi-olub olmadığını bilmirik. Onlar deyirlər ki, ciddidirlər. Biz bunu yoxlamağa davam edəcəyik. ”,-ABŞ-ın ali diplomatı qeyd edib.