• 12 °C
|

KİV: Aİ Şurası Ukraynaya 90 milyard avroluq kredit paketini 24 fevralda təsdiqləyəcək

16 Fevral 2026
img

Aİ Şurası Ukraynaya 90 milyard avro məbləğində kredit verilməsini təmin edəcək qanunvericilik aktları paketini 24 fevralda yekun olaraq təsdiqləyəcək.

APA xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” Aİ-nin yüksək səviyyəli diplomatına istinadən məlumat yayıb.

"Biz 24 fevralda Aİ Şurasının ümumi məsələlər üzrə iclasında bu qanunvericilik aktları paketinin qəbul edilməsini gözləyirik", – diplomat qeyd edib.

O, həmçinin əlavə edib ki, qərarın qəbul edilməsi üçün Aİ üzv ölkələrinin sadəcə səs çoxluğu lazımdır.

"Ukrayna bu maliyyə vəsaitlərini artıq bu ilin ikinci rübündən alacaq", – o əlavə edib.