
“ABŞ heç kəsi Ukraynadakı müharibənin sona çatması üçün sülh müqaviləsinə razı olmağa məcbur etmir”.
APA xəbər verir ki, bu açıqlamanı ABŞ Dövlət Katibi Marko Rubio mətbuat konfransında verib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna müharibəsinin sona çatmasında maraqlıdır və ABŞ buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır.
Bundan başqa Rubio ABŞ-ın dünyada hər iki tərəfi danışıqlar masasına gətirə bilən yeganə ölkə olduğunu iddia edib.
"Mən heç kimi incitmək istəmirəm. Amma Birləşmiş Millətlər Təşkilatı bunu edə bilməyib. Avropada heç bir ölkə bunu edə bilməyib", – Rubio deyib.
Rubio əlavə edib ki, ABŞ bu müharibənin heç vaxt başlamamalı olduğuna və mümkün qədər tez bitməli olduğuna inanır.