17 Fev 2026

Omanın xarici işlər naziri Bədr əl-Busaidi nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqlara hazırlıq məqsədilə Cenevrədə iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ arasında sabah keçirilməsi planlaşdırılan danışıqlarının ikinci mərhələsinə hazırlıq məqsədilə Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb", – məlumatda deyilir.