• 7 °C
|

Avropanın dörd ölkəsi Cenevrədə Ukrayna və Rusiya arasında gedən danışıqlara qoşulub

17 Fevral 2026
img

İtaliya, Fransa, Almaniya və Böyük Britaniya Ukrayna, Rusiya və ABŞ arasında Cenevrədə keçirilən danışıqların üçüncü raunduna öz nümayəndələrini göndəriblər.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “La Repubblica” məlumat yayıb.

Məlumatda həmçinin Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşün gözlənildiyi bildirilir.