
“Amerika Birləşmiş Ştatları açıq şəkildə bildirib ki, İran nüvə proqramını, o cümlədən uranı zənginləşdirmək imkanlarını tamamilə ləğv etməlidir və xəbərdarlıq edib ki, Tehran bu tələbləri yerinə yetirməzsə, digər variantlar, o cümlədən hərbi tədbirlər gündəmdə qalacaq”.
APA xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə Vaşinqton istənilən razılaşmanın İranın nüvə proqramının, o cümlədən uranın zənginləşdirilməsi imkanlarının, tam ləğvi, həmçinin Tehranın ballistik raket proqramına məhdudiyyətlər qoyulması və HAMAS və “Hizbullah” kimi müttəfiq silahlı qruplara dəstəyin dayandırılması ilə nəticələnməli olduğunu müdafiə edir.