«Pegas Touristik» tur-operatoru Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün iftar yeməyi təşkil edib.
Turizmplus.az xəbər verib ki, iftarda 50-dən çox turizmçidən əlavə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri və nümayəndələri də iştirak edib.
Tədbir zamanı turizm sənayesində yay mövsümünə hazırlıq, qarşılıqlı əlaqələr və yeni istiqamətlərə turpaketlərin hazırlanması məsələləri müzakirə edilib.