09 Mar 2026

ABŞ-ın İrana qarşı əməliyyatının başlamasından bəri həlak olan ABŞ hərbi qulluqçularının sayı yeddiyə çatıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Dünən gecə bir ABŞ hərbçisi İranın ilkin cavab zərbələri nəticəsində aldığı yaralardan ölüb. Bu, əməliyyatlar zamanı döyüşdə həlak olan yeddinci ABŞ hərbçisidir", – məlumatda deyilir.
Həmin şəxs Səudiyyə Ərəbistanında yerləşən bir bölmədə xidmət edirdi və 1 martda ağır yaralanmışdı.