• 6 °C
|

Heqset: İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb

10 Mart 2026
img

Müharibə başlayandan İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.

“Bizim zərbələrimiz İran tərəfindən həyata keçirilən raket və dron hücumlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Ballistik raket hücumlarının sayı azalmağa davam edir – əməliyyatın başlanğıcından bəri bu 90%, dron hücumlarının sayı isə 83% azalıb”, – nazir vurğulayıb.