
Misli Premyer Liqasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün son matçı Zirədə keçirilib.
"Zirə" öz meydanında "Qarabağ"ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. Matçda 4 qol vurulub. Qonaqlar 3:1 hesablı qələbəyə sevinib.
MisliPremyerLiqası
XXIVtur
19:15."Zirə"–"Qarabağ" 1:3
Qollar: Ceyhun Nuriyev, 70 – Joni Montiel, 22, Kamilo Duran, 55, Kadi Borqes, 72
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu