• 11 °C
|

Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib

20 Mart 2026
img

Türkiyə Milli Müdafiə Nazirliyi Adanada yerləşən İncirlik hərbi bazasına yeni raket hücumu iddiaları təkzib edib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazirlik sosial mediada İncirlikdə həyəcan siqnalının eşidildiyinə dair paylaşımların yayıldığını bildirib. Qeyd olunub ki, hər hansı bir hücum və ya neqativ hadisə baş verməyib.

Açıqlamada bunun yanlış siqnal olduğu ehtimal edildiyi vurğulanıb.