|

Meksikada baş vermiş atışmada iki nəfər ölüb

25 Mart 2026
img

Meksikanın qərbindəki Miçoakan ştatındakı özəl məktəbdə 15 yaşlı şagirdin məktəbə gətirdiyi silahdan atəş açması nəticəsində biri müəllim olmaqla iki qadın işçi ölüb.

APA xəbər verir ki, hadisə yerinə gələn polis məktəbin divarlarında çoxsaylı güllə izlərinin olduğunu aşkarlayıb.

Keçirilən əməliyyatlar tədbirləri nəticəsində şübhəlinin həbs olunduğu bildirilir.

Hüquq mühafizə orqanları hadisənin təfərrüatları ilə bağlı hələ ki, açıqlama verməyib.

Qeyd edək ki, Miçoakan ştatı uzun müddətdir ki, Meksikanın cinayətlərin ən çox olduğu ştatlarından biri olub və şantaj, adam oğurluğu və digər cinayətlərin ən çox olduğu bölgədir.