|

Rusiya hava məkanından gələn dron Estoniyada elektrik stansiyasının tüstü borusuna çırpılıb

25 Mart 2026
img

Rusiya hava məkanından uçaraq gələn pilotsuz uçuş aparatı Estoniyanın Auvere şəhərindəki elektrik stansiyasının tüstü borusuna çırpılıb.

Bu barədə “ERR” Polis Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerində Fövqəladə Hallar Departamentinin əmakdaşları işləyir, Polis Təhlükəsizlik Departamenti hadisə üzrə araşdırama aparır.