
Buxarestdən yola düşən ABŞ ordusuna aid yanacaqdolduran təyyarə göyərtəsindəki nasazlıq səbəbilə geri qayıdıb.
APA xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135R Stratotanker” təyyarəsi təxminən bir saat əvvəl Buxarest hava limanından havaya qalxıb.
Yunanıstan hava məkanında olarkən kəskin dönüş edib və geri uçub, mümkün nasazlıq barədə siqnal ötürüb.
Təyyarənin fövqəladə vəziyyət siqnalı onlayn qlobal hava nəqliyyatının monitorinq sistemləri tərəfindən də təsdiqlənib.
Hələlik təyyarədə hansı nasazlıq olması barədə məlumat yoxdur.