
Müdafiə hazırlığını artırmaq üçün təklif olunan qanun layihəsi 2027-ci ilin ortalarından əvvəl Böyük Britaniya parlamentinə təqdim olunmayacaq.
Bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Zəruri hallarda sənayeni hərbi hazırlıq rejiminə keçirmək üçün qanun layihəsi 2025-ci ilin iyun ayında elan edilmişdi. Qanunvericilik müzakirələrinə 2026-cı ilin əvvəlində başlanacağı gözlənilirdi. Lakin məqalədə qeyd edildiyi kimi, qanunun tətbiqi üçün hazırlıqların lazımi səviyyədə aparılmaması ilə bağlı bir neçə nazirliyin narahatlığı səbəbindən proses təxirə salınıb.
Qəzetinin qeyd etdiyi kimi, qanun layihəsi Kral III Çarlzın may ayında çıxış etməsi planlaşdırılan və növbəti 12 ay üçün bütün qanun layihələrini sadaladığı nitqinə daxil edilməyib.