• 13 °C
|

“Türk Axını” qaz kəmərində təxribat cəhdinin qarşısı alınıb

6 Aprel 2026
img

Serbiya-Macarıstan sərhədi yaxınlığında “Türk Axını”qaz kəmərində təxribat cəhdinin qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç məlumat verib.

"İki çanta və çubuq şəklində iki böyük partlayıcı paket tapıldı. Biz həmçinin digər izlər də aşkarladıq. Mən Macarıstanın Baş naziri Viktor Orbanla vəziyyət barədə danışdım. Çünki burada fasilə olsaydı, Macarıstan qazsız qalardı və Serbiyanın şimalında qaz çatışmazlığı yaşadıq", – Vuçuç deuib.

Məlumata görSerbiyanın şimalındakı Kanjia bələdiyyəsi yaxınlığında, Macarıstan sərhədində “Türk Axını” qaz boru xəttinin Balkan hissəsində partlayıcı qurğular aşkarlanıb.