«Aze Turizm» şirkətinin təşkilatçılığı ilə turizm sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri üçün iftar yeməyi təşkil edilib.
Turizmplus.az xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Agentliklər Assosiasiyasının sədri və nümayəndələri, tur-operator və turizm agentliklərinin rəhbər şəxsləri iştirak edib.
Görüş biznes əlaqələri və rəsmi söhbətlərdən kanar, daha çox səmimi mühitdə baş tutub.