• 9 °C
|

Melaniya Tramp Ceffri Epşteynlə əlaqəsi olduğu iddialarını inkar edib

10 Aprel 2026
img

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ceffri Epşteynlə hər hansı bir əlaqəsi olduğu və onun cinayətlərindən xəbərdar olduğu ilə bağlı iddiaları inkar edib.

APA xəbər verir ki, Melaiya Tramp bu məsələyə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı toxunub.

O, Epşteynlə əlaqəsi ilə bağlı yayılan xəbərlərin yalan, tamamilə əsassız olduğunu və onun nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bildirib.

"Məni rüsvayçı Ceffri Epşteynlə əlaqələndirən yalanlara bu gün son qoyulmalıdır. Mənim haqqımda yalan danışanların etik standartları, təvazökarlığı və hörməti yoxdur. Onların cahilliyini mübahisə etmirəm, amma nüfuzumu ləkələmək üçün etdikləri pis niyyətli cəhdləri rədd edirəm", – prezidentin həyat yoldaşı deyib.