14 Apr 2026

Vaşinqton Tehranın sonda bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsində israr etməyə davam edir.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib.
"Biz bu maddələri onların ölkəsindən çıxarmaq istədiyimizi və onu öz əlimizdə saxlamaq istədiyimizi bildirmişik", – Vens bildirib.
Vens qeyd edib ki, nüvə silahı hazırlamaq planı olmadığına dair verdiyi zəmanətlərə baxmayaraq, İranın nüvə proqramı ABŞ üçün narahatlıq doğurur.