• 13 °C
|

ABŞ Sakit okeanda daha bir gəmini vurub, iki nəfər ölüb

14 Aprel 2026
img

ABŞ ordusu Sakit okeanının şərq hissəsində narkotik qaçaqmalçılığında istifadə edildiyi ehtimal olunan daha bir qayığa zərbə endirib. Hadisə nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Pentaqonun Cənub Komandanlığı məlumat yayıb.

"Kəşfiyyat gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib", – məlumatda deyilir.