• 13 °C
|

Merz: AES-lərin yenidən işə salınması enerji problemini həll etməyəcək

16 Aprel 2026
img

Almaniya kansleri Fridrix Merz ölkədə atom elektrik stansiyalarının yenidən istismara verilməsinin enerji problemlərini həll etməyəcəyini bildirib.

Bu barədə “Zeit” nəşri məlumat yayıb.

Kansler qeyd edib ki, AES-lərin bağlanması qərarı səhv olsa da, bu qərarın dəyişdirilməsi mövcud enerji problemlərinin heç birini aradan qaldırmayacaq.