18 Apr 2026

“İran və ABŞ qarşılıqlı əlaqədədir və bu cür təmaslar bu həftə sonu da davam edəcək”.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Daha sonra Tramp İranla danışıqların İslamabaddan başqa yerdə davam etdirilməsi ehtimalının olmadığını deyib.
“Danışıqlar yalnız İslamabadda baş tuta bilər. Mən kömək etməyən ölkələrə getməkdə maraqlı deyiləm. Danışıqların ikinci mərhələsi bu həftə sonu baş tuta bilər", – Tramp deyib.