18 Apr 2026

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) prezident seçkilərində iştirak etmək niyyətində olan Kolumbiya senatoru İvan Sepedaya qarşı planlaşdırılan sui-qəsd cəhdi ilə bağlı məlumata malikdir.
APA xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Gustavo Petro sosial media hesabında məlumat verib.
"MKİ-də namizəd İvan Sepedaya qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı real və konkret məlumatlar var", – o bildirib.