• 14 °C
|

ABŞ ordusu kəşfiyyat təyyarələrinin alınmasını bərpa edəcək

20 Aprel 2026
img

ABŞ Hərbi Dəniz Qüvvələri iki illik fasilədən sonra “Boeing P-8A Poseidon” sualtı qayıq əleyhinə kəşfiyyat təyyarələrinin alınması ilə bağlı qərar qəbul edib.

APA xəbər verir ki, bu, Pentaqonun bu yaxınlarda dərc olunmuş büdcə sənədlərində öz əksini tapıb.

Məlumata görə, Hərbi Dəniz Qüvvələri 2027-ci maliyyə ili üçün bu təyyarələrdən 12-sinin alınması üçün 4,23 milyard dollar tələb edib.

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələri sonuncu dəfə “P-8A Poseidons” təyyarələrini 2024-cü maliyyə ilində, 1,83 milyard dollara on təyyarə sifariş edərkən alıb. 2025 və 2026-cı illərdə heç bir alış edilməyib.

Yeni sorğuya görə, hər təyyarənin orta qiyməti 352 milyon dollara yüksəlib ki, bu da 2024-cü ilin rəqəmlərindən 92% çoxdur.