
ABŞ administrasiyası növbəti maliyyə ilində Pentaqon vasitəsilə Tayvana 2 milyard dollar hərbi yardım ayırmağı planlaşdırır.
APA xəbər verir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin 2027-ci maliyyə ili üçün dərc olunmuş büdcə təklifinə əlavə edilmiş sənədlərində öz əksini tapır.
Növbəti maliyyə ilində nazirlik Konqresdən Tayvana dəstək üçün 2 milyard dollar tələb edir.
Bu məbləğin 1 milyard dollarının Tayvanın özünümüdafiə qabiliyyətlərini gücləndirmək üçün ayrılacağı gözlənilir.
Daha 1 milyard dolların əvvəllər təmin edilmiş ABŞ silahlarının əvəz edilməsi üçün ayrılması planlaşdırılır.