• 15 °C
|

Ərəb dənizində İranla bağlı daha bir gəmi saxlanılıb, geri qaytarılıb – YENİLƏNİB

26 Aprel 2026
img

ABŞ Hərbi Dəniz Qüvvələri şənbə günü İrana qarşı dəniz blokadası çərçivəsində Ərəb dənizində sanksiya altında olan bir gəmini saxlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-da paylaşım edib.

Qeyd edilib ki, “M/V Sevan” gəmisi ABŞ Maliyyə Nazirliyi tərəfindən cümə günü “kölgə donanma”ya aid edilən və sanksiyaya məruz qalan 19 gəmidən biri olub. Bu gəmilər İranın neft, qaz və digər enerji məhsullarının xarici bazarlara daşınmasında istifadə olunub.

CENTCOM-un məlumatına əsasən, şənbə günü ABŞ Hərbi Dəniz Qüvvələri helikopter vasitəsilə ticarət gəmisini izləyib və onu saxlayıb. Daha sonra gəmi ABŞ hərbi qüvvələrinin göstərişinə əməl edərək müşayiət altında İrana geri dönüb.

“Sevan” tankerinin keçmişdə İran yük daşımalarında istifadə edildiyi bildirilir. Gəmi Dubayda yerləşən Anka Energy & Logistics şirkətinə məxsusdur və həmin şirkət tərəfindən idarə olunur.

ABŞ qüvvələrinin İran limanlarına daxil olan və ya çıxan gəmilərə qarşı blokadanı icra etdiyi, bu çərçivədə indiyədək 37 gəminin istiqamətinin dəyişdirildiyi qeyd olunub.

***

saat 02.56

ABŞ-ın İran blokadasının bir hissəsi olaraq 37 gəmi müxtəlif istiqamətlərə yönləndirilib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edək ki, ABŞ və İsrail bu ilin fevral ayının 28-də İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də Vaşinqtonun Tehran ilə danışıqlar aparmaq üçün hücumları dayandırdığı elan edilib.

ABŞ prezidenti Donald Trump dəniz blokadasının razılaşma əldə olunana qədər davam edəcəyini deyib.