• 13 °C
|

ABŞ vətəndaşlığından imtina etmək istəyənlərin sayı artır

29 Aprel 2026
img

Minlərlə amerikalı ABŞ vətəndaşlığından imtina etmək istəyir və bu səbəbdən konsulluqlarda gözləmə müddəti aylarla uzanır.

“The Guardian” yazır ki, Böyük Britaniya və Kanadada bu müddət 14 aya, Avropanın bəzi ölkələrində isə təxminən 6 aya çatır.

Sorğuda iştirak edən şəxslər qərarlarını ölkədəki siyasi mühit, Donald Trampın siyasəti və xaricdə yaşasalar belə vergi ödəmək məcburiyyəti ilə izah ediblər.

Prosesin rüsumu 2350 dollardan 450 dollara endirilsə də, hüquqi xərclərlə birlikdə ümumi məbləğ 7-10 min dollara çata bilər.

Gözlənilir ki, 2026-cı ildə vətəndaşlıqdan imtina halları rekord səviyyəyə çatsın.