Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığında razılaşdırılmış bəzi məsələlər həllini tapır.
Turizmplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, rusiyalı turistlərin Türkiyəyə gələ bilməsi üçün əlavə uçuşlar həyata keçirilməsinə razılıq verilib.
Bundan əlavə, müharibə səbəbiylə AB və Qərb ölkələrinin sanksiyaları nəticəsində «Visa» və «Mastercard» ödəmə üsullarından istifadə edə bilməyən rusiyalı turistlər üçün «Rebit Card» adlı yeni pul kartı sistemi üzərində çalışıldığı öyrənilib. Rus turistlər telefonlarına quraşdıracaqları proqramla Türkiyədə ödənişlər edə biləcəklər.
Qeyd edək ki, bəzi dövrlərdə «MIR» kart sistemi «Visa» və «Mastercard»-a alternativ olaraq istifadə edilib, lakin Türkiyə bankları Aİ və Qərb ölkələrinin sanksiyaları təhlükəsi səbəbindən bu ödəniş üsulundan istifadə prosesini dayandırıb.