«Arabian Travel Market 2023» beynəlxalq turizm sərgisinin ilk günü Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə komitəsinin üzvləri «Rixos» hotellər şəbəkəsini ziyarət edib.
Komitə sədri Cəmilə Əliyevanın Turizmplus.az saytına verdiyi məlumata görə, görüş çərçivəsində azərbaycanlı turizmçilər üçün axşam yeməyi təşkil edilib. Daha sonra hotellərlə tanışlıq baş tutub. Bu brendin Azərbaycan bazarı üçün verə biləcəyi faydalar, endirimli qiymətlər və qarşılıqlı əməkdaşlıqlar barədə müzakirələr aparılıb.
Qeyd edək ki, «Rixos» hotellər şəbəkəsi dünyanın məşhur ölkələrində premium keyfiyyətə sahib hotellər qrupudur.