17 İyn 2026

“Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb”.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz G7 sammitində çıxışı zamanı deyib.
"Yenilik odur ki, bütün G7 tərəfdaşları vəziyyətin qiymətləndirilməsində birləşiblər. Hesab edirəm ki, bu, çox yaxşı xəbərdir, çünki müharibə son günlərdə və həftələrdə yeni dinamika qazanıb. İlk dəfə olaraq sülh üçün şansın açılıb. Hər halda, biz, G7 tərəfdaşları olaraq, bu fürsətdən birgə istifadə etmək istəyirik", – Almaniya kansleri deyib.