• 25 °C
|

Tramp NATO sammitində müttəfiqləri müdafiə xərclərini artırmağa çağıracaq

6 İyul 2026
img

ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində alyans ölkələrini müdafiə xərclərini artırmağa çağıracaq.

Bu barədə Reuters ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp sammitə iyulun 7-də qatılacaq və bu çağırışı müttəfiqlərə şəxsən çatdıracaq.

ABŞ Prezidenti sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd əş-Şaraa ilə də görüşəcək. Trampın həmçinin mətbuat konfransı keçirəcəyi gözlənilir.