Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun xəbərinə görə, “Opel” markalı minik avtomobili idarəetməni itirərək gölə düşüb.
İlkin məlumata görə, sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.