• 29 °C
|

Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib

21 İyul 2026
img

"Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir".

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", – açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.