Dövlət Turizm Agentliyinin kollektivi, Agentliyə tabe qurumların əməkdaşları, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri və turizm sənayesi nümayəndələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib.
Turizmplus.az xəbər verir ki, turizmçilər Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.