«Air Arabia» aviaşirkətinin təşkilatçılığı ilə iyul ayının əvvəllərində Malaziyaya info-tur baş tutacaq.
Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, bu gündən etibarən iyunun 25-dək «Air Arabia» hava yollarından istənilən istiqamətə ən çox satış edən şirkət nümayəndələri info-turda iştirak etmək şansı əldə edəcək.
Bildirilir ki, seçimlər zamanı rəsmi olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan turizm şirkətlərinə üstünlük veriləcək.
Qeyd edək ki, tur-operatorlardan olan satışlar nəzərə alınmayacaq.