24 Sen 2026

Ermənistan bir qaz kəmərindən və bir tərəfin qərarından asılı olmaq niyyətində deyil.
“News-Armenia” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə deyib.
“Biz bundan sonra bir borudan, birinin şıltaqlıqdan asılı olmayacağıq”, – Simonyan bildirib.
Qeyd edək ki, “Hraparak” qəzeti Rusiyanın noyabrın 1-dən Ermənistana qaz tədarükünü tamamilə dayandıra biləcəyinə dair məlumat yayıb.