10 Okt 2026

Panamada 8 maqnitudalı güclü zəlzələnin baş verdiyi bildirilir.
APA xəbər verir ki, ölkənin Geoloji Elmlər İnstitutunun məlumatına görə, yeraltı təkanlar oktyabrın 9-da yerli vaxtla saat 12:56-da qeydə alınıb.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası Latın Amerikası ölkələri üçün sunami təhlükəsi elan edib.
Məlumata görə, xəbərdarlıq Qvatemala, Kolumbiya, Kosta-Rika, Meksika, Nikaraqua, Panama, Peru, Salvador və Ekvadoru əhatə edir.