• 20 °C
|

WP: ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü təsdiqləməyib

20 Oktyabr 2026
img

ABŞ administrasiyası Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü təsdiqləməyib.

Bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət “Patriot” zenit-raket komplekslərində istifadə olunan raket-tutucuların Ukraynaya göndərilməsindən gedir.

Vaşinqtonun bu qərarının səbəbləri və tədarükün gələcəkdə təsdiqlənib-təsdiqlənməyəcəyi barədə əlavə məlumat verilməyib.