• 16 °C
|

Demokratlar Pentaqon rəhbərinin vəzifədən uzaqlaşdırılmasını tələb etməyə hazırlaşır

27 Oktyabr 2026
img

ABŞ Konqresindəki demokratlar müdafiə naziri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılmasına çalışacaqlar.

APA xəbər verir ki, bu barədə demokratların Nümayəndələr Palatasındakı fraksiyasının lideri Hakim Ceffris məlumat verib.

O, prezident Donald Trampı Heqseti vəzifədən azad etməyə çağırıb və əks halda bu məsələ ilə Konqresdə özlərinin məşğul olacaqlarını deyib. Ceffris Heqseti bu vəzifə üçün yararsız hesab etdiyini bildirib.

Respublikaçı konqresmen Tomas Massi də Heqsetin impiçmentini nəzərdə tutan qətnaməni yenidən təqdim etməyə hazır olduğunu açıqlayıb.