14 Noy 2026

Rusiyanın Kamçatka yarımadasında son sutka ərzində 5 zəlzələ qeydə alınıb.
TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib.
“Son sutka ərzində maqnitudası 4,1-dən 5,0-dək olan beş seysmik hadisə qeydə alınıb. Zəlzələlərin heç biri əhali tərəfindən hiss edilməyib”, – qurumdan qeyd olunub.
Bildirilib ki, bölgədə dörd vulkanın aktivliyi davam edir.
Mütəxəssislər təhlükəsizlik səbəbindən sakinlərə və turistlərə həmin vulkanlara yaxınlaşmamağı tövsiyə ediblər.