Turizm sahəsində əməkdaşlıq imkanlarının inkişafı və birgə iş birliyinin genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovala Travelport şirkətinin Cənubi Asiya və MDB ölkələri üzrə baş meneceri Muhammed Sabir arasında keçiriliən işgüzar görüşdə müzakirə edilib.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, Görüşdə Assosiasiya sədri Muhammed Sabirə ATAA-nın fəaliyyəti, ölkə turizminin inkişafındakı rolu və üzvlərinin sayı haqqında məlumat verib.
Müzakirələr zamanı Göydəniz Qəhrəmanov ”Travelport” şirkəti ilə qurulan turizm əlaqələrini yüksək qiymətləndirdiyini və birgə iş birliyinin əhəmiyyətli olduğunu qeyd edib.ATAA sədri həmçinin Assosiasiya üzvlərinə aviabiletlərin düzgün tərtib olunması və otellərin bron edilməsi üçün ATAA və “Travelport” şirkətinin birgə təşkilatçılığı ilə ödənişsiz əsaslarla “Galileo” sisteminin təlim kurslarının keçirildiyini də təşkilat rəhbərinin diqqətinə çatdırıb.
ATAA ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirən Muhammed Sabir Azərbaycan bazarının böyük potensialı olduğunu və Travelport şirkətinin bu imkanlardan daha çox faydalanmaq niyyətində olduqlarını bildirib.O gələcəkdə birgə layihələrin hazırlanması və öz təcrübələrini ATAA ilə bölüşməyə hazır olduqlarını da vurğulayıb.
Görüşdə qurumlar arasında qarşılıqlı turizm əlaqələrinin əlaqələrinin inkişafı,biznes mühitinin yaxşılaşdırılması, birgə iş birliyinin formalaşdırılması,eləcə də layihələr və yeniliklərlə bağlı marifləndirmə tədbirlərinin keçirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aprılıb.
Müzakirələr çərçivəsində təşkilat rəhbərləri bu formatlı görüşlərin keçirilməsinin vacibliyinə toxunaraq gələcəkdə bu istiqamətdə müsbət nailiyyətlərin əldə olunması üçün birgə səylərin artırılmasına dəstək olacaqlarını bildiriblər.