• 29 °C
|

ABŞ-da ildırım neft bazasında yanğına səbəb olub

18 Avqust 2026
img

ABŞ-ın Oklahoma ştatının Qlenpul şəhərində ildırım “Explorer Pipeline” şirkətinə məxsus obyektdə yanğına səbəb olub.

APA xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Hadisə bazar ertəsi səhər baş verib. İldırımın zərbəsindən sonra obyektin çənlərindən biri alışıb. Hadisə yerinə yanğınsöndürənlər və qəza-xilasetmə xidmətləri cəlb olunub, əraziyə əlavə briqadalar göndərilib.

Polis təhlükəsizlik məqsədilə 126-cı Cənub küçəsinin müəyyən hissəsində nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırıb.