
ABŞ Dövlət Departamenti “Bell Helicopter” şirkətinin istehsalı olan helikopterlərin və onlarla əlaqəli sistemlərin İraqa 800 milyon dollar dəyərində mümkün satışına razılıq verib.
APA xəbər verir ki, sənədə əsasən, söhbət Bell 412EPX və Bell 407M modelləri, eləcə də onlarla əlaqəli avadanlıqlardan gedir. Ümumi satışın dəyəri 800 milyon dollar qiymətləndirilir.
İraq daha əvvəl ABŞ-dan helikopterlərin və müxtəlif sistemlərin, o cümlədən naviqasiya və rabitə avadanlıqlarının təchizatı üçün pulemyot və raketlərin alınması üçün də icazə istəyib.
ABŞ administrasiyası mümkün silah satışını təsdiqləmək qərarı barədə Konqresi məlumatlandırıb.
Konqresin sövdələşməni nəzərdən keçirmək və mümkün olduqda bloklamaq üçün 30 gün vaxtı var.