• 22 °C
|

ABŞ Dövlət Departamenti Polşaya 1400-dən çox aviasiya bombasının satışını təsdiqləyib

22 May 2025
img

ABŞ Dövlət Departamenti Polşa hökumətinə 1400-dən çox GBU-39/B tipli kiçik çaplı aviasiya bombasının satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Satışın məqsədi NATO müttəfiqi olan Polşanın müdafiə qabiliyyətini və ABŞ-la strateji əməkdaşlığını gücləndirməkdir.