• 29 °C
|

ABŞ ilin əvvəlindən Hindistana 3,6 milyon ton mayeləşdirilmiş qaz tədarük edib

8 Avqust 2026
img

ABŞ 2026-cı ilin yanvar-iyul aylarında Hindistana 3,6 milyon ton mayeləşdirilmiş neft qazı (LPG) tədarük edib və ölkənin ən böyük LPG təchizatçısına çevrilib.

Bu barədə "The Times of India" Kpler analitik şirkətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, yalnız iyul ayında Hindistan ABŞ-dan 896 min ton LPG idxal edib. Bu, iyun ayı ilə müqayisədə 24 faiz çoxdur.

İlin əvvəlindən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdən Hindistana LPG tədarükü 5,3 milyon tona düşüb. Buna səbəb ABŞ və İran arasında qarşıdurmanın kəskinləşməsi fonunda Hörmüz boğazında yaranan məhdudiyyətlər olub.

Məlumata görə, qarşıdurmadan əvvəl Hindistanın idxal etdiyi LPG-nin təxminən 90 faizi Fars körfəzi ölkələrinin payına düşürdüsə, yanvar-iyul aylarında bu göstərici 60 faizə enib.

Hindistanın iyul ayında ümumi LPG idxalı 1,23 milyon tona çatıb. Bu, son dörd ayın ən yüksək göstəricisi olmaqla, əvvəlki ayla müqayisədə təxminən 7 faiz çoxdur.